Məhəbbət Kazımov Laçınım Mənim (TOY)

  • 10 yıl önce
Laçın_18.05.1992 UNUTMA!!!
Laçın 18 may 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal olunub.
Laçın rayonunun əhalisi hazırda məcburi köçkündürlər və Azərbaycanın müxtəlif reqionlarında yaşayırlar.
İşğal olunmuş torpaqların qeyri-şərtsiz boşaldılması haqqında BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri indiyədək yerinə yetirilməyib. Bu Ədalətsizliyə Dünya Birliyi Hələ də Dözür…
Qeyd edimki, Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə ermənistanla həmsərhəddir. Rayon mərkəzinin Bakı şəhəri ilə şose yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km-dir. Laçın rayonun inzibati mərkəzi Laçın şəhəridir. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olmuşdur. Bu gün Laçın rayonunun ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmasından 22 il ötür.
Tezliklə Azərbaycan Bayrağının QARABAĞDA, ŞUŞADA, LAÇINDA dalğalanağına inanırıq

Önerilen