Tövbə surəsi 88-91-ci ayələrin təfsiri

  • 10 yıl önce
ADNAN OKTAR: Tövbə surəsi, şeytandan Allaha sığınıram. 88-ci ayə. Allah deyir ki: "Lakin Peyğəmbər və onunla birlikdə olan möminlər malları və canları ilə cihad etdilər (vuruşdular). Bütün nemətlər məhz onlarındır, nicat tapanlar da məhz onlardır!" Rəsul, yəni imam, müsəlmanların öndəridir. Axırzamanda müsəlmanların öndəri, lideri kimdir? Mehdi (ə.s). Və onunla birlikdə olan möminlər kimlərdir? Mehdi (ə.s)-ın tələbələri. Peyğəmbərimiz (s.ə.v)-in tələbələri səhabələr, Əhli-Bədr idi. Əhli-Bədr neçə nəfər idi?

ALTUG BERKER: 313 nəfər.

ADNAN OKTAR: Mehdi (ə.s)-ın tələbələri neçə nəfərdir?

ALTUĞ BERKER: 313 nəfər.

ADNAN OKTAR: Bəli. "Malları və canları ilə," baxın, Allah malı əvvəl, sonra "canları ilə" deyir. Müsəlman malını tamamilə Allaha infaq etməlidir. Və deyəcək ki: "həyatım, ölümüm, dirimim aləmlərin Rəbbi olan Allah üçündür." inşaAllah. "Canları ilə cihad etdilər" səy göstərdilər. Bütün malını-mülkünü Allah yolunda xərcləyir, kitab alır, paylayır. Təbliğ edir, yaradılış üzərində araşdırmalar edir. "Bütün nemətlər məhz onlarındır," Allah "onlara həmişə xeyir verərəm, şər toxunmaz" deyir, inşaAllah. “qurtuluşa çatanlar da məhz onlardır”. Dünyada qurtuluş nədir?

ALTUĞ BERKER: Türk-İslam Birliyi.

ADNAN OKTAR: İslam Birliyidir. İslamın dünyaya hakim olmasıdır. Onun xaricində yarım qurtuluşdur, əskik qurtuluşdur. Tam qurtuluş İslamın dünyaya hakimiyyəti ilə olar. "Qurtuluşa çatanlar onlardır." Məhz  Mehdi (ə.s)-ın tələbələridir inşaAllah. Peyğəmbər (s.ə.v)-in zamanında da bölgəyə hakim olublar, inşaAllah. "Allah onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!" Cənnətdə müddət yoxdur. On katrilyon il keçir, vaxt bitmir, bir on katrilyon il daha keçir, yenə bitmir, sonu yoxdur, sonsuz və əbədidir. İnsanda ən güclü instinktdir, Allah xüsusi olaraq yaratmışdır. Sonsuz olma instinkti vardır, insan sonu olan şeyi istəməz, instinktdir. Təmin edilməmiş tək instinktdir. Onu Allah axirətdə tam doydurar. Onsuz da, Allah təmin edilməmiş instinkti vermir, mütləq o instinkti təmin edər. Bir tək təmin olmayan sonsuzluq instinktidir. O da axirətdə mümkün olar, inşaAllah. "Bu böyük qurtuluşdur (uğurdur)." Allah axirətdə də, Cənnəti böyük qurtuluş və uğur olaraq bildirir. Dünyada da İslamın dünya hakimiyyəti Allahın razılığını qazanmaq qurtuluş və uğurdur. Axirətdə də Cənnəti qazanmaq və Allahın razılığını qazanmaq, bunlar "böyük qurtuluş və uğurdur." "Altından çaylar axan Cənnətlər." Məsələn, bir yer nə qədər gözəl olursa, olsun, suyu yoxdursa, çox böyük əskiklik olar. Məsələn, evlər, villalar, hovuzu varsa, insana xüsusi zövq verir. İnsanlar da xüsusilə o tərzdə ev istəyirlər. Heç olmazsa, bir suyu olsun, bir dəniz kənarında olsun. Məsələn, dəniz kənarında olan evlər çox bahalıdır. Göl kənarında, dəniz kənarında, çay kənarında evlər daha bahalı olur. Niyə? Çünki, insanlar daha çox bu tərzdə olan evlərə üstünlük verib istəyirlər. İnstinkt olaraq bizə suyu sevmə gücü verilmişdir, həmişə canımız su istəyir. Məsələn, kiçik bir göl belə olsa, insan o suyun başında gedib oturmaq istəyər. Mütləqdir ki, su olmalıdır. “Allah onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu böyük qurtuluşdur (uğurdur)!” “Bədəvilərdən (Təbuk döyüşünə getməmək üçün) izin almağa üzrxahlar gəldi.” Bədəvilər cahil, təhsilsiz, məlumatı və ədəbi əskik olanlardır. "Bədəvilərdən (Təbuk döyüşünə getməmək üçün) izin almağa üzrxahlar gəldi." Bunlar həmişə kənardan izləyər. Məsələn, ticarət edər, işinə - gücünə baxar, həmişə icazə istəyər. "Müəllimim və yaxud işdə müdirim, mənə icazə verin evlənmək üzrəyəm." "Yaxşı" deyirsən. "Başqa nəyə görə icazə istəyirsən?" "Ticarətim var, məktəbim var", "yorğunam" deyər, "xəstəyəm" deyər, həmişə bəhanə gətirər. "Bədəvilərdən (Təbuk döyüşünə getməmək üçün) izin almağa üzrxahlar gəldi.  Allaha və Onun Peyğəmbərinə yalan söyləyənlər isə (üzr belə istəməyib evlərində) oturdular." Yalan danışır getmir, getmək istəmir, heç nə etmək istəmir. Müsəlmanlar isə çox canlı, aktiv, həyəcanlıdır. "Onlardan kafir olanlara şiddətli bir əzab üz verəcəkdir." Allah "inkar etmə," "imansız olma" şərtini qoyur, kim inkar edib kafir olarsa, Allah onlara "əzab verəcəyəm" deyir. İmansız təbii ki, özünü imanlı zənn edir, amma axirətdə imansız çıxır. Məsələn, özünü müvahhid (Allahın təkliyinə inanan) zənn edir, tək Allaha inandığını və Allaha tam təslim olduğunu zənn edir, axirətdə isə müşrik olduğunu anlayır. "Və onların biz müşrik deyilik deməkdən başqa fitnələri olmadı" deyir. Həmişə "biz müşrik deyilik" deyirlər. Halbuki, şirkə düşmüsən sən, "mənə vəhy gəldi" demisən, elə deyilmi? Bu bir şirkdir. Xurafatı "Peyğ

Önerilen