Hz. Mehdi (ə.s.)-ın tələbələrinin üstün xüsusiyyətləri 6-cı hissə

  • 10 yıl önce
Hz. Mehdi (ə.s.)-ın tələbələrinin üstün xüsusiyyətləri
6-cı hissə

HZ. MEHDİ (Ə.S.) VƏ TƏLƏBƏLƏRİ DÜNYANIN DÖRD BİR TƏRƏFİNƏ İSLAM ƏXLAQINI HAKİM EDƏCƏKLƏR

Banu Amin, Məhəmməd əl-Bəkirdən belə nəql edir:

"Bunlar dünyanın şərqini və qərbini fəth edəcək olan Axırzamandakı hz. Mehdi (ə.s.)-ın yoldaşlarıdır." (Şii Kuran Tefsircilerine Göre Kuran’da Mehdi, Ansariyan Yayınları, İran, səh:75)

İmamı Zaman (Hz.Mehdi (ə.s.)-ın) tələbələri soylu, məlumatlı olacaqlar və dünyanın idarəçiləri olacaqlar. (Al-Malaahem wa al-Fetan, səh. 205)

 

HZ. MEHDİ (Ə.S.) VƏ TƏLƏBƏLƏRİ DÜNYANIN HƏR YERİNDƏ ALLAHIN ADININ XATIRLANMASINA VƏSİLƏ OLACAQLAR

Hz. Mehdi (ə.s.) və tələbələrinin təsiriylə dünya səviyyəsində bütün insanlarda, kütlələr halında böyük bir imana yönəliş hərəkəti olacaq. Hər yerdə Allahın adını və şanını ucaldacaqlar və İslam əxlaqını bütün dünyaya hakim edəcəklər.

İmam Məhəmməd Baqir və İmam Cəfər Sadiq hz. Mehdi (ə.s.)-ın köməkçiləri haqqında belə buyurmuşdur: "Onlar dünyanın şərqini və qərbini ələ keçirəcəklər. Onların hər birisinin qırx insan qədər gücü vardır. Ürəkləri dəmir kimidir. “La ilahə illəllah və Muhəmmədən Rəsulullah” hər yerdə əks-səda ilə duyulacaq və eşidiləcək. (Bihar-ul Envar, c. 52, səh. 340)

Hədisdə  “La İlahə İlləllah və Muhammədən Rəsulullah” sözlərinin hər yerdə əks-səda ilə duyulub, eşidiləcəyinin  bildirilməsi də, hz. Mehdi (ə.s.)-ın İslam əxlaqını təbliğ istiqamətindəki fəaliyyətlərinin mətbuatda, internetdə, televiziyalarda, qəzetlərdə, qısacası, hər yerdə davamlı olaraq gündəmdə olacağına da işarə edir.

 

HZ. MEHDİ (Ə.S.)-IN TƏLƏBƏLƏRİ DARVİNİZMƏ QARŞI MÜBARİZƏ APARACAQLAR

Bədiüzzaman həzrətləri, hz. Mehdi (ə.s.)-ın birinci və ən əhəmiyyətli vəzifəsinin, darvinizmi və materializmi fikirlə tam təsirsiz hala gətirmək olduğunu bildirmişdir. Hz. Mehdi (ə.s.)-ın tələbələri də, Mehdi (ə.s.)-ın bu mühüm vəzifəsində onun ən əhəmiyyətli dəstəkçiləri olacaq. Mehdi (ə.s.)-ın tələbələri ölü heyvan və bitki qalıqlarını canlı olanları ilə müqayisə edərək insanlara göstərəcəklər, bu şəkildə Allahın izniylə darvinizmi və materializmi təsirsiz hala gətirəcəklər.

 "Allahın izniylə onlar (Hz. Mehdi (ə.s)-ın tələbələri) ÖLÜLƏRİ CANLANDIRARLAR..." (Bihar-ül Envar, Cild 52, Səhifə 318; Mikyaal al-Makaarem, Cild 1, səhifə 148 Basaaer al-Darajaat’dan aktarıyor.)

 

HZ. MEHDİ (Ə.S.) VƏ TƏLƏBƏLƏRİ, ALLAHIN ONLARA LÜTF ETDİYİ GÜC İLƏ ÇOX TƏSİRLİ OLARLAR

Hədislərdə bildirildiyi üzrə Allah, hz. Mehdi (ə.s.)-ı və tələbələrini üstün və qalib edəcək.

Hz. Əli belə buyurur: "... Allah hz. Mehdi (ə.s.)-ın köməkçilərini qoruyar, onlara  köməkçi olar və onları yer üzünün bütün insanlarına qalib edər. Beləcə, insanlar istər istəməz haqq dinə girəcəklər. "(İsbat-ul Hudat, c. 7, səh. 49)

Hz.Mehdi (ə.s.) əsərlərini ,Quran və elmi dəlillərlə açıqlayacaq; bu dəlillər qarşısında bütün inkarçı düşüncə sistemlərini fikirlə məğlub edəcək.

 

O (HZ. MEHDİ (ə.s.)), YER ÜZÜNÜ ƏDALƏT, NUR VƏ AÇIQ-AŞKAR DƏLİLLƏRLƏ DOLDURACAQ

Bütün ölkələr tamamilə ona itaət edəcək və onun qarşısında boyun əyəcək. Belə ki, bütün kafirlər iman edəcək və bütün pislər saleh qullar (pis insanlar düzəlib hidayət tapıb səmimi müsəlmanlar) olacaq.(İsbat-ul Hudat, c. 7, səh. 49)

(Hz. Mehdi (ə.s.)-ın) dostları igid, şücaətli, saleh, imanlı kəslərdir, ona itaətdə çalışqandırlar.Hara və hansı işə yönəlsələr zəfər əldə edərlər... (Biharul-Envar, c. 52, s. 279 və c. 53, səh. 12 İkmalud- Din, c. 2, səh. 367)

 

İNŞAALLAH VƏ MAŞALLAH ZİKRİ HZ. MEHDİ (Ə.S)-IN TƏLƏBƏLƏRİNİN ƏLAMƏTİDİR


ADNAN OKTAR: Çox gözəldir inşaAllah maşaAllah. O zikri edənlər, dünyaya hakim olacaqlar, inşaAllah, o zikri bol edənlər dünyaya hakim olacaqlar və hz. Mehdi (ə.s.) tələbələrinin damğasıdır inşaAllah, maşaAllah, onların  möhrüdür, əlamətidir. Biz də hz. Mehdi (ə.s.) tələbələri olduğumuz üçün, bizim möhürümüz; inşaAllah, maşaAllah.

Category

🗞
Haberler

Önerilen