Saffat surəsi, 86-113-cü ayələrinin təfsiri

  • 11 yıl önce
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Saffat surəsi, 86: Allah Təala Saffat surəsi, 86-cı ayədə buyurur: “Hz.İbrahim (ə.s) deyir ki: "Allahı qoyub yalançı tanrılarımı istəyirsiniz?" Adamlardan bəziləri Abdullah Öcalanı özünə ilah hesab edir, bəziləri Stalini, digərləri Lenini ilah hesab edir, o dövrün pozğunları da o cür hərəkət edirdilər.

87-ci ayə: "Aləmlərin Rəbbi barəsində zənniniz nədir?". Məsələn, “Allaha inanırsınızmı?” soruşarkən o da onda: “Allaha inancınız necədir?” deyə soruşur. Baxın deyir ki, 88-ci ayədə: "O, ulduzlara bir nəzər salaraq". Bu elmi- ledündür, ledün elmidir. Bunu diqqətli bilən qardaşlarımız məni də anlayaraq çox şeyi həll edəcəklər. Hz.İbrahim (ə.s) göydəki ulduzlara baxır.

89-cu ayədə: “Mən xəstəyəm!” – dedi". Bu ledün elmidir. Hz.İbrahim (ə.s) xəstə deyildi. Ulduzlardan da məna çıxartmırdı. Müsəlman ulduzlardan məna çıxartmaz, elə bir şey yoxdur. Amma onlara elə deyir, ledünün gərəyi olaraq bunu edir.

90-cı ayə: "Onlar ondan üz çevirib çıxıb getdilər". Ledün elminin nəticəsini əldə etmişdir. Batini elmin nəticəsini əldə etmişdir. Bu ledün elmi hz.Yusif (ə.s)-da da, hz. İbrahim (ə.s)-da da var idi, hz. Mehdi (ə.s)-da da olacaq.

91- ci ayə "(İbrahim) xəlvətcə onların tanrılarının yanına gedib (istehza ilə) dedi: "Məgər (yanınızda olan bu təamları) yeməyəcəksiniz?". Baxın ilahlarını, bütlərini nəzakəti ilə lağa qoyur, alçaldır, amma onlar bunu hiss etmirlər. Bu da ledün elmidir.

92-ci ayə: "Sizə nə olub ki, danışmırsınız?". Bu da ledün elmidir. Hz.İbrahim (ə.s) şərik qoşmur, bütlərə onsuz da inanmır. Amma baxın sanki o, onların danışa biləcək gücü varmış kimi nə deyir: "Sizə nə olub ki, danışmırsınız?" Batin (gizli) elmin daha bir tətbiqidir.

93-cü ayə: "Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi". Bu o elmin bir başqa əksidir.

94-cü ayə: "(Bundan xəbər tutan tayfası) Bütpərəstlər tələsik onun yanına gəldilər". Hiddətə gəlirlər, oyanırlar.

95-ci ayə: "O dedi: “Siz yonub düzəltdiklərinizəmi sitayiş edirsiniz?". Baxın, indi batindən zahir elminə keçir. Baxın deyir ki: "Siz özünüz yonub düzəltdiklərinizəmi ibadət edirsiniz?" Biz darvinistlərə nə deyirik? Öz-özünüzə uydurursunuz. Zülal təsadüfən meydana gələrmi? Gəlməz. Haradan çıxarırsan? Yaradılışı sübut edən 350 milyon qalıq var. Əksini sübut edən qalıq (fosil) varmı? Darvinin dediyini təsdiqləyən tək bir ədəd də olsun qalıq (fosil) varmı? Yoxdur. Belə olduqda haradan çıxarırsınız, deyirik.

96-cı ayə: "Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!". Abdullah Öcalanı da Allah yaratdı, Stalini də, Lenini də, hər şeyi Allah yaradır.

97-ci ayə: "Onlar dedilər: “Bundan ötrü bir bina tikin və onu orada odlayın!”". Bu bina, dövrümüzün həbsxanaları “özünü də oda”, yəni ən şiddətli işgəncə ilə onu öldürün, şəhid edin, deyirlər.

98-ci ayə: "Onlar onun üçün belə bir hiylə qurmaq istədilər, Biz isə onları çox səfil (zəlil) bir vəziyyətə saldıq". Bu da Allahın ledün elminin tətbiqidir. Bir peyğəmbərə “tətbiq et” deyər, bir də Özü tətbiq edər.

99- cu ayə: O dedi: "Mən Rəbbimə doğru gedirəm. O məni doğru yola yönəldəcəkdir".Yəni “Allaha ümid edirəm” deyir.

100-cü ayə: "Ey Rəbbim! Mənə salehlərdən olan (bir övlad) bəxş et".

101-ci ayə: "Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdə verdik." Həlim, mülayim olmaq, təcavüzkar olmamaq müsəlmanın xüsusiyyətidir.

102-ci ayə: "O, böyüyüb atası ilə bərabər çalışmaq həddinə çatdıqda İbrahim dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!”. Hal-hazırda ərəb olan qardaşlarımızın atasıdır, yəni ərəb milləti ondan təbərrüt (ərmağan) etmişdir. "(Oğlu İsmayıl) Dedi ki: "Atacan, əmr olunduğun şeyi et". Mənim canım, hələ kiçik yaşında Allaha dərin imanla bağlıdır.

103-cü ayə: "Hər ikisi Allahın əmrinə tabe olduqları və İbrahim onu üzüstə yerə yıxdığı zaman".

104-cü ayə: Biz ona: "Ey İbrahim" deyə səsləndik.

105-ci ayə: "Həqiqətən sən yuxunu təsdiqlədin. Şübhəsiz, Biz yaxşı iş görənləri belə mükafatlandırarıq". Yəni “övlad sevgisindən daha çox Allahı sevirsən, biz bunu gördük”, Allah Təala “övladında, Allaha tam təslim olmuş, sən də tam təslim olmusan” deyir. Çünki hər ikisi: hz.İsmayıl (ə.s), hz.İbrahim (ə.s)-da peyğəmbərdir. Allah hz.İsmayıl (ə.s)-a hələ kiçik yaşlarında peyğəmbər əxlaqını vermişdir.

106-cı ayə: "Doğrusu, bu, açıq-aşkar bir imtahan idi." Deməli, Allah mömini çox şiddətli sınayar, buna görə mömin Allaha təslim, gözəl, həlim xasiyyətli olmalıdır.

107-ci ayə: "Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik". Allah böyük bir qoç verdi. Hz.İbrahim (ə.s) qoçu orada kəsir, gözəl qızard

Önerilen