Nəhl surəsi, 112-113, 116-cı ayələrinin təfsiri

  • 10 yıl önce
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram.112-ci ayə: "Allah bir şəhəri misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi"―yük maşınları ilə bir yerdən yeməklər gəlir, məsələn, İzmirdən zeytun gəlir. Başqa yerlərdən sitrus meyvələri gəlir, ət gəlir, hər şey gəlir. Məsələn, İstanbul olaraq hesab edək, yaxud hər hansı bir şəhər olaraq hesab edək. Paris də ola bilər, başqa bir yerdə ola bilər, İslam ölkəsindən bir yer. "Lakin (əhalisi) Allahın nemətini inkar etdi, Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə aclıq və qorxu bəlası daddırdı." Yəni iqtisadi böhran və terror. "And olsun, onlara öz içlərindən bir elçi"―bir Mehdi (ə.s), "gəlmişdi, lakin ona inanmadılar". Əbcədi 2007-ci il tarixini verir. Qardaşım, bu qədər uyğunluq normal haldırmı? 150-dən çox ayə, dünya hakimiyyəti, yəni mehdiyyəti ifadə edən hansı cümlə varsa, hamısı axırzamanın tarixini verir. "Buna görə də əzab onları zülm edərkən (zülm etdikləri zaman) yaxaladı". Münafiq xurafatçılara, axırzamanın azğın, saxtakar bəzi müəllimlərinə, uyduran, xurafatçı müəllimlərinə Quranın bir işarəsi, bir izahatı, xəbərdarlığı var, inşaAllah. Allah Təalanın xəbərdarlığı Qurandadır.

"Diliniz yalana vərdiş etdiyi üçün"―münafiqlər, xurafatçılar yalançı olarlar. Quran ona diqqət çəkir. Qeyri-adi dərəcədə yalan qabiliyyətləri vardır. Xurafatçılar yalançıdırlar, normal ictimai həyatında da yalançıdırlar. Münafiq və xurafatçı yalnız din mövzusunda yalançı deyil, etdiyi bir əxlaqsızlıqda da, hər hansı məsələdə də yalançıdır. Özünü tərifləyərkən yalan danışar, bir şey izah edərkən yalan danışar, həmişə yalan danışar. Yalan onun dərmanıdır, qidasıdır. Quran buna diqqət çəkir. Bax, "Diliniz yalana vərdiş etdiyi üçün: "Bu halaldır, o haramdır!" - deməyin". Bu halal, deyir. Nəyə görə? Mənim fikrimdir. Bu haramdır. Niyə? Bu da mənim fikrimdir. Quranda varmı? Yox. "Çünki  Allaha iftira atmış olursunuz. Allaha iftira atanlar (axirət əzabından) nicat tapmazlar!". Yalançı, saxtakar, xurafatçı (azğın) müəllimlərə inandınsa (uydunsa), xurafat alimlərinə inandınsa çöküntü başlayar. Ona görə də, müsəlmanlar çox diqqətli olmalıdırlar, inşaAllah.  

Önerilen