Ali İmran Surəsi, 120-ci ayənin təfsiri

  • 11 yıl önce
ADNAN OKTAR: Ali İmran surəsi, 120-ci ayə. Allah, "Sizə bir mənfəət gələndə ​​onlar üzülərlər," münafiqlər kədərlənərlər deyir. Necə olur mənfəət? Təbliğ gücün artar, insanların təsirlənməsi artar, kitabların daha çox çıxar, gücün artar, zənginliyin artar, sağlamlığın artar, münafiqləri əzməyə başlıyarsan, küfrü fikrinlə, elminlə azaldarsan, nə olar belə olduqda münafiq? Kədərlənər. Necə də böyük dərd, əzab çəkər, Allah ona diqqət çəkir. "Sizə bir zərər toxunanda isə ona sevinirlər." Məsələn, biri təhqir edər, biri hücum və yaxud bir şikayət olunar, bir şey olar, müsəlmanların əleyhinə hər hansı bir şey. Allah bunda da sevinirlər, deyir. "Əgər siz səbir edib Allahdan qorxsanız," səbir edən də savab qazanır müsəlman. Çəkinmək də, etinalı olub təhlükələri uzaqlaşdıracaq hərəkətlər etmək və halala, harama diqqət etmək. "Onların hiyləsi sizə heç bir zərər verə bilməz." Demək ki, onlar hiyləli planlar edəcəklər, Allah onlara o gücü verəcək amma Allah o hiyləli planlar sizə təsir etməyəcək, deyir. Bu bir möcüzədir. Allah, normalda münafiqin bir gücü olmalı idi amma gücləri yoxdur, deyir. Baxın, "hiyləsi" demək ki, həmişə plan qururlar, hiylə işlədirlər. Allah, "sizə heç bir şəkildə zərər verməz," deyir. "Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir." Bu nə deməkdir? Allah, onların meydana gətirdiyi hiylə və məkri yaradan Mənəm, deyir. O məkr və hiyləni pozan da Mənəm. Məsələn, münafiqdən bir hücum olduğunda, əgər onu münafiq etdi desən, şirkə düşərsən. Münafiqdəki o hücumu Allah meydana gətirər. Müsəlmanın imanını gücləndirmək, şövqünü artırmaq, düşünmə üfüqünü genişləndirmək, cəhdini artırmaq üçün, inşaAllah.

Önerilen