Ali İmran surəsi, 118-ci ayənin təfsiri

  • 11 yıl önce
"Ey iman gətirənlər! Sizlərdən olmayaları özünüzə sirdaş tutmayın. Onlar sizə pislik və zərər verməyə çalışırlar" -deyir Allah. Münafiqlərin sirdaş tutulması çox təhlükəlidir. Çünki o sirri küfrlə bölüşərlər, münafiqlərlə bölüşərlər. "Sizə pislik və zərər verməyə çalışırlar". Necə pislik edəcək? Məhz şikayət edəcək, adilik edəcək, təhqir edəcək, oyun oynayacaq, müsəlmanların sirlərini açıqlayacaq. Sirr dedikdə, məsələn, müsəlmanlara ediləcək bir hücumun texniki məlumatını, texniki əsasını meydana gətirir münafiqlər. "Sizin çətin bir sıxıntıya düşməyinizi istəyərlər". Yüngül bir sıxıntı deyil, "çətin bir sıxıntıya düşməyinizi istəyərlər" -deyir. Ağrı-acı vermək. "Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir". Kin və düşmənlikdən artıq özlərini, öz içlərini yeməyə başlayırlar. Amma bir müddət sonra dözə bilmir, bunu artıq üzə vurur, söyləyir. Açıq-aşkar söyləyəcək hala gəlir. "Kökslərində gizlətdikləri düşmənçilik isə daha böyükdür". Üzə vurduqları kin birdirsə, içində saxladıqları kin min olur. Yəni içlərində müdhiş bir nifrət saxlayırlar. "Biz ayələri artıq sizə bəyan etdik ki, bəlkə anlayasınız" -deyir Allah, Ali İmran surəsi,118-də.

Önerilen