Əhzab surəsi, 50-ci ayənin təfsiri

  • 11 yıl önce
Adnan Oktar: Əhzab surəsinin 50-ci ayəsi: "Ey Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini," bax birinci, "Allahın sənə bəxş etdiklərindən sahib olduğun cariyələri," yəni azad cariyələrin də hamısı "səninlə birlikdə hicrət etmiş əmin qızlarını," əminin qızını deyil, qızlarının hamısını "bibilərinin qızlarını," qızını deyil, qızlarının hamısını "dayın qızlarını, xalalarının qızlarını sənə halal etdik". Əlhəmdülillah, nə gözəl. Münafiqlərdən və xurafatçılardan bu ayələri eşidə bilməzsiniz, utanırlar. Murdar iylənmiş başlarından utanacaqlarına, bu ayədən utanırlar, haşa. "Habelə Peyğəmbər onunla evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını da sənə halal etdik". Peyğəmbər (s.ə.v) kimi bəyənərsə Allah rizası üçün səninəm deyir Peyğəmbər (s.ə.v)-ə. Allah "digər möminlərə deyil, yalnız sənə məxsusdur. Onlara zövcələri və sahib olduqları cariyələr barəsində nəyi vacib buyurduğumuzu bilirik. Belə etdik ki, sənə bir çətinlik olmasın" -deyir. Münafiqlərin ağızlarına sədd çəkilmiş olur. Çünki münafiqlər davamlı fitnə çıxarıb söz-söhbət yaradırlar, o zamanın alçaqları. Təqva görünüşündə, iylənmiş donuz əti kimi məxluqlar, davamlı Peyğəmbər (s.ə.v)-in evliliyi ilə əlaqədar söz-söhbət yaradırdılar, sıxıntıya düşmüşdülər. "Allah çox bağışlayandır, çox Rəhmlidir". Bu ayədə buna diqqət yetirmək lazımdır. "digər möminlərə deyil, yalnız sənə məxsusdur" -dediyi bu maddələr yoxdursa, "mehrlərini verdiyin zövcələrini," bu möminlərə də halaldır, təkcə Peyğəmbər (s.ə.v)-ə xas deyil. O dövrdə kölə cariyələr, azad cariyələr möminlərə də halal idi. Yalnız Peyğəmbər (s.ə.v)-ə halal olan ayənin qismi budur: "əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını sənə halal etdik". Yəni müsəlman onlardan yalnız bir adamla evlənə bilir, Peyğəmbərimiz (s.ə.v.) hamısıyla evlənə bilir. Halal etmiş Cənabı Allah, inşaAllah. Xurafatçılar bu ayələrdən xoşlanmaz, söyləyə bilməzlər. Peyğəmbərimiz (s.ə.v.) çox evli idi, çoxlu xanımı vardı, gənc və gözəl idi xanımları. Peyğəmbərimiz (s.ə.v)-də çox sağlam və xeyli güclü idi Əlhəmdülillah, halal olsun babama. Bu iylənmiş məxluqlar kimi, pozğun fikirli adamlar kimi, bir ruh halından Allah onu kənar etmişdi və mükəmməl bir xarakterdə yaratmışdı, mükəmməl bir gücdə, mükəmməl bir görünüşdə, mükəmməl bir yaraşıqlılıqda, mükəmməl bir təsir edicilikdə idi, dünya gözəli idi. Əhzab surəsində münafiqlərin ciyərini yandıran, çox daha əhəmiyyətli xüsuslar var. Peyğəmbərimiz (s.ə.v) vəfatına qədər, son dərəcə güclü və sağlam idi. Adilik etməsinlər, saxtakarlıq etməsinlər. Ruhi və fiziki mükəmməl güc və qüdrətə sahib idi, son anlarına qədər son dərəcə sağlam idi. Xəstələndiyi üçün, xəstələndiyində insan onsuz da məcbur olaraq bir zəiflik halına düşər, o ayrı. Amma onun xaricində, Rəsulullah (s.ə.v) 63 yaşında vəfat etmişdir, əcaib görkəmli və gözəl idi. Bir az kökəlmişdi Mübarək (s.ə.v), bir az daha iriləşmişdi. Allah deyir: "Yükünü səndən götürmədikmi?" (İnşirah surəsi, 2). Sonra çəkisi atmışdı Peyğəmbərimiz (s.ə.v.). Bir az ürəyinə də sıxıntı gəlmişdi, Allah "Məgər Biz sənin üçün köksünü açmadıqmı?" (İnşirah surəsi, 1) -deyir ayədə, İnşirah surəsində.

Önerilen