Əhzab surəsi, 13-cü ayənin təfsiri

  • 11 yıl önce
"Onlardan bir dəstə" münafiqlərdən bir dəstə, "belə demişdi: "Ey Yesrib (Mədinə) əhli, artıq sizin üçün (burada) qalmağa yer yoxdur"". Müsəlmanların yanında qalmağa yer yoxdur. "Bu halda geri qayıdın". Gəldiyiniz yerə qayıdın, öz evlərinizə qayıdın. "İçərilərindən bir qismi isə: "Evlərimiz nəzarətsiz qalıb" - deyərək Peyğəmbərdən izin istəyirdi". Münafiqlər öz evlərinə yenidən dönmək üçün Peyğəmbərimizə (s.ə.v) israrlı tələb edirlər. Çünki müsəlmanların yanında qalmaq onlara narahatlıq verir. Yenidən küfrü rahat yaşaya bilmək, yenidən dəlalət içində ola bilmək üçün, daha azad küfrü yaşamaq üçün evlərinə dönmək istəyirlər. ""Evlərimiz nəzarətsiz qalıb" - deyərək Peyğəmbərdən izin istəyirdi. Halbuki evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq qaçmaq istəyirdilər" -deyir Cənabı Allah. "Allahdan, Kitabdan, Qurandan, İslamdan, mübarizədən qaçmaq istəyirdilər" -deyir. Əhzab surəsi, 13.

Önerilen