Tövbə surəsi, 24-cü ayənin təfsiri

  • 11 yıl önce
Adnan Oktar: Tövbə surəsi, 24-cü ayə: Şeytandan Allaha sığınıram. Cənabı Allah deyir ki, 24: "De: “Əgər atalarınız, oğullarınız," yəni insanlar ailəyə çox həssasdır, "qardaşlarınız, zövcələriniz," arvadıdırsa əri, əridirsə arvadı, "yaxın qohumlarınız," yaxın dost dairəsi, "qazandığınız mallar," ticarət insanların ən çox fikir verdikləri mövzulardan biridir, "iflasa uğramasından qorxduğunuz alış-verişiniz" həmişə insanlar ticarətlərinin az qazanc gətirəcəyindən, iflasa uğrayacaqlarından çəkinirlər "və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən", yəni Allahın Mehdisi olan Peyğəmbərimiz (s.ə.v)- dən, "və Onun yolunda cihaddan", yəni Allah yolunda İslam Birliyini qurmaq üçün cəhd göstərməkdən, "daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin". Ölüm sizi götürüb aparana qədər. "Allah günahkarları doğru yola yönəltməz" -deyir Allah. Müsəlman nə edəcək? Bütün bu sayılanları kənarda buraxıb, bütün ürəyi ilə Allaha təslim olub, Allah yolunda cəhd edəcək, səy göstərəcək: İslam Birliyi üçün, müsəlmanların birliyi üçün, Türk-İslam Birliyinin əsrimizdə qurulması üçün cəhd göstərəcək, inşaAllah. Quran bunu fərz etmiş, Allah bunu ayədə fərz etmiş.

Önerilen