Zuxruf surəsi,57,61,51,52, 54-cü ayələrinin təfsiri

  • 11 yıl önce
Adnan Oktar: Şeytandan Allaha sığınıram. Allah 57-ci ayədə belə buyurur: “Məryəm oğlu örnək göstərildikdə sənin xalqın onun haqqında (keflə danışıb) qəhqəhələrlə güldü"  Bir insan olaraq onun əhəmiyyəti, varlığı, gələcəyi, yenidən zühur edəcəyi, hər şey buna daxildir. Allah "…sənin xalqın..."- deyir. Peyğəmbərimiz (s.ə.v)- ə Allah xitab edir: "onun haqqında (keflə danışıb) qəhqəhələrlə güldü". Cənabı Allah hz. İsa (ə.s)-a qarşı belə davranacaqlarını bildirir. Dövrümüzdə də eyni bəla ilə qarşılaşırıq, inşaAllah. 61-ci ayədə isə Allah: “Həqiqətən, İsanın yer üzünə enməsi qiyamət saatın yaxınlaşmasının əlamətidir. Qiyamətə şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol!", deyir.

 Şeytandan Allaha sığınıram. 51- ci ayə. Cənabı Allah, “Firon qövmünü çağırıb dedi: "Ey xalqım! Məgər Misir səltənəti və altımdan axan bu çaylar mənim deyilmi?"- deyir. Yəni, o dövrdəki kommunist sistemidir, dövlət hər şeyi milliləşdirmişdi, mülk dövlətə aid idi, şəxsi bir mülk, xüsusi mülk yox idi, Nə deyir? Misir səltənətinin - mülkün hamısı ona aid olduğunu bildirir. Altından axan bu çayların ona aid olduğunu deyir. O dövrdə də Kommunist, Darvinist sistem hakim idi. "İnsanlar necə yarandı?" - deyirsən- "Nilin palçıqlarında təsadüfən meydana gəldi" – deyirlər. Dövlət idarəsi kommunist sistemi idi. Din, ideologiya Fironun dediyi kimi olurdu "Firon nə desə odur" - deyirlər. Dərin dövlət hakimiyyəti var idi, eyni ilə indiki İslam ölkələrinin çoxunda olan sistem kimidir. İddia edilən Ergenekon terror təşkilatı düşüncəsi o dövrdə də var idi.

52-ci ayədə  “ Firon deyir:  Yaxud mən bu aciz və sözünü belə aydın başa sala bilməyən adamdan daha üstün deyiləmmi?"- bildirilir. İddia edilən Ergenekon terror təşkilatı mənsubları xalqa necə baxırlar? Eyni düşüncə ilə Firon nə deyir? "O aciz və yazıqdır"-deyir. "Az qala sözünü belə aydın başa sala bilməyən adamdan" – deyərək insana dəyər vermədiyi aydın olur.

54- cü ayədə Allah belə buyurur: “Firon öz xalqını ələ saldı". Bütün firon sistemlərində bu vardır, xalqı adam yerinə qoymazlar, ələ salarlar. Allah, "Onlar da ona itaət etdilər"- deyir. Yəni, o təzyiq sisteminə boyun əyirlər. Onlar da demokratiyanı, insan haqlarını, azadlığı axtarmırlar. Boyun əyirlər. Allah, "Həqiqətən, onlar fasiq adamlar idilər"- deyir.

Önerilen