Hud surəsi,109-114,117,118,120-123-cü ayələrin təfsiri

  • 11 yıl önce
Adnan Oktar: Şeytandan Allaha sığınıram. Cənabı Allah deyir ki: 109, "Onların nəyə ibadət etdiklərinə şübhə etmə. Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi" Allah, ataları necə inanırlarsa onlar da o cür "ibadət edirlər" -deyir. Bir dəli bir söz atır, qırx ağıllı çıxara bilmir. "Şübhəsiz ki, Biz onların cəzasını əksiltmədən tam verəcəyik".

110: "And olsun Biz Musaya Kitab verdik," Tövrat, "lakin onun barəsində də ixtilaf düşdü". Cənabı Allah Tövrat barəsində ixtilafa düşdülər, deyir. "Əgər Rəbbin tərəfindən əzəldən bir Söz olmasaydı, aralarında dərhal hökm verilərdi. Həqiqətən, onlar Quranın barəsində də şübhə doğuran şəkk içindədirlər". Yəhudilərin Qurandan məsul olduğunu göstərən bir Quran ayəsidir. Bu, 110-cu ayə Məhəmmədi olmalarının lazım olduğuna dair bir Quran ayəsidir. Yəni Məhəmmədi olmadan həqiqi Yəhudi olmağın mümkün olmadığını görürük.

111: "Şübhəsiz ki, Rəbbin onların hər birinə əməllərinin əvəzini tam verəcəkdir. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır".

112: Allah "Sənə əmr edildiyi kimi sən də, səninlə birlikdə tövbə edənlər də doğru-düzgün davranın. Həddi aşmayın" -deyir. Qudurmayın, bir-birinizə hücum etməyin, dəhşət yaratmayın, terror meydana gətirməyin, adam öldürməyin. "Çünki O, sizin nə etdiklərinizi görür".

113: "Zalımlara meyl etməyin," qan tökücülərə meyl etməyin, Allah, "yoxsa sizə od toxunar" -deyir. Allah "bəla verərəm" -deyir. "Sizin Allahdan başqa dostlarınız yoxdur. Sonra sizə kömək də olunmaz".

115: "Səbir et! Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz".

114-cü ayədə də "Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, öyüd götürənlər üçün bir xatırlatmadır".

Bax, Cənabı Allah deyir ki, təbliğ varsa fəlakət olmur. 117: "Ölkə əhalisi islah edən olduğu bir halda" təbliğ edən insanlar olduğu halda, yəni radiolardan, televiziyalardan "əmri bil maruf", "nəhyi anil münkər", Allahın hökmünü açıqlayırlarkən "Rəbbin o ölkəni haqsız yerə məhv etməz", əgər təbliğ edilirsə o ölkəyə heç bir şey olmaz deyir. Allah təbliğ olmazsa yerlə bir edərəm, deyir. Əgər orada Mehdi varsa, Mehdiyyət varsa o ölkə həlak olmur. Bax Quran ayəsi ilə də Cənabı Allah Mehdinin olduğu yerdə həlak olmayacağını göstərir. Bax, "ölkə əhalisi islah edən olduğu bir halda, Rəbbin o ölkəni haqsız yerə məhv etməz" Onun üçün Türkiyə bir fəlakətin içərisinə girməyəcək hz. Mehdi (ə.s) burada olduğu üçün, Türkiyədə olduğu üçün.

Allah yenə ayənin davamında, Hud surəsinin davamında 118: "Əgər Rəbbin istəsəydi,  insanları vahid bir ümmət edərdi". Allah hamısını müsəlman edərdim, deyir. "Vahid bir ümmət". "Amma onlar elə hey ixtilafdadırlar". Deməli, xristianlar da olacaq, yəhudilər də olacaq, müsəlmanlar da olacaq. Bu olur. Ancaq qiyamətə yaxın dünya vahid bir ümmət olur. Elə o dövrə doğru gedirik inşaAllah.

Cənabı Allah "120: Elçilərin xəbərlərindən hər birini doğru olaraq sənə söyləyirik ki, bununla sənin ürəyini möhkəmləndirək" -imanını gücləndirək- deyir. Bax, Allah peyğəmbərin belə imanını gücləndirir. "Bu ayələrdə sənə haqq, möminlərə də öyüd-nəsihət və xəbərdarlıq vəhy edilmişdir". Öyüd və xəbərdarlıq. Bu məlumatlar yalnız elçilərin xəbərlərinin içərisindədir. Elçilərin xəbərlərinin içində nələr var? Doğru məlumat. Cənabı Allah, "doğru olaraq sənə söyləyirik" -deyir. "Bu ayələrdə sənə haqq, möminlərə də öyüd-nəsihət", onların içərində öyüd-nəsihət var. Elə-belə hekayə deyil. Allah "və xəbərdarlıq" var deyir, "xəbərdarlıq vəhy edilmişdir".

121: "İman gətirməyənlərə de: "Əlinizdən gələni edin, biz də edəcəyik"". Biz də münafiqlərə deyirik: "Əlinizdən gələni ardınıza qoymayın". Biz də qanunla, hüquqla qarşılığını verərik. 122: "Gözləyin! Biz də gözləyirik". 122-ci 122-nin 12-si var, təkrarlanan ikisi var, 2-2 var. Bir 12-si var. "Gözləyin!" biz indi nəyi gözləyirik? İslam Birliyini, hz. Mehdi (ə.s)- ın çıxışını. "Biz də gözləyirik". Küfr əhlinə biz deyirik, "gözləyin! Hz. Mehdi (ə.s) çıxacaq, hz. İsa (ə.s) çıxacaq, qiyamət də olacaq, gözləyin! Həqiqətən biz də gözləyirik". müsəlmanlar olaraq biz də müşahidə edib dayanırıq.

123: "Göylərin və yerin qeybi Allaha məxsusdur. Bütün işlər də Ona qayıdacaqdır. Elə isə yalnız Ona ibadət et və yalnız Ona təvəkkül et. Rəbbin nə etdiklərinizdən xəbərsiz deyildir". Cənabı Allah, Allaha təvəkkül edin deyir. Məsələn, biz danışırıq, Allaha təvəkkül edirik. Danışdıran Allahdır. Fəaliyyət edirik, Allaha təvəkkül edirik.

Önerilen